[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-430.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi tərəfindən “Region gənclərinin İKT bacarıqlarını və məşğulluq imkanlarının artırılması” adlı layihənin icrası uğurla yekunlaşıb.
Layihənin məqsədi gənclər arasında İKT bacarıqlarının formalaşdırılması, regionlarda İKT-yə olan marağın artırılması, onlayn alış-veriş imkanları haqqında maarifləndirmə işinin aparılması və məşğulluq imkanlarının artırılmasına yönələn fəaliyyətlərin dəstəklənməsidir. Layihə Şirvan, Saatlı, Göyçay, Füzuli və Ağdaş rayonlarında həyata keçirilib. Ümumilikdə 200 nəfərdən çox gənc layihədən birbaşa faydalana bilib. Seçilmiş mövzu ilə bağlı gənclərə bukletlər paylanılmışdır.Layihə rəhbəri Xalid Rəcəbli qeyd edib ki, İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib.
Azərbaycanda İKT-nin inkişafı, informasiya cəmiyyətinin formalaşması prosesi də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda İKT sahəsində əldə edilən nailiyyətlərin bünövrəsi də məhz 1969-70-ci illərdə ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı gündən qoyulub. 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycan aqrar bir respublika sayılırdı. Respublikamızda elmtutumlu iqtisadi sahələr yox dərəcəsində idi. İKT-nin strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli liderimiz bu sahənin inkişafına xüsusi diqqət yetirməyə başladı. Məhz onun sayəsində 1971-ci ildə Azərbaycanda Kibernetika İnstitutunun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi yaradıldı. O dövrdə SSRİ Elmlər Akademiyasının prezidenti akademik M. Keldış Azərbaycana gəlir, respublikanın rəhbərliyi ilə görüşür. Həmin görüşdən sonra o vaxtlar böyük əhəmiyyət kəsb edən, o dövr üçün indiki superkompyuter səviyyəsində olan hesablama qurğuları Kibernetika İnstitutuna verildi. Bunun da nəticəsində respublikamızda proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə böyük alimlər, mütəxəssislər ordusunun formalaşmasına gətirib çıxartdı.
Qeyd edək ki, layihənin uğurlu həyata keçirilmsi üçün rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə yaşayan gənclərdə də təlimlərə cəlb edilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19318″ id=”19318″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]