[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-615.jpg” ]
14 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “DE-FAKTO İNTELLEKT” layihəsinin növbəti qrup oyunu keçirildi. Bu dəfəki qrup oyununda Şamaxı rayonunun İnşaatçı, Şəhriyar, Sabir qəsəbələri və Mərzəndiyə kənd tam orta məktəblərinin komandaları qrup birinciliyi uğrunda mübarizə apardılar.
İnşaatçı qəsəbə tam orta məktəbində təşkil olunan qrup oyununda həmin məktəblərin rəhbər şəxsləri, müəllimləri, şagirdləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, həmçinin Şamaxı rayon Təhsil Şöbəsindən dəvət olunmuş nümayəndə də iştirak edirdi. Mərzəndiyə və İnşaatçı qəsəbə tam orta məktəblərinin direktorları çıxış edərək layihənin Şamaxı məktəbliləri üçün əhəmiyyətindən, şagirdlərin intellektual imkanlarına verdiyi töhfədən söz açdılar.
Qrup birinciliyi uğrunda aparılan bu oyunda Sabir qəsəbə tam orta məktəbinin eyniadlı komandası – “SABİR” komandası qrup birinciliyini qazanaraq play-off mərhələsində oynamaq şansı əldə etdi. Digər məktəblərin komandalarında çıxış edən şagirdlərə isə qrup mərhələsində iştirakçı sertifikatları təqdim olundu.
Layihə çərçivəsində növbəti qrup oyunu 16 oktyabr 2014-cü il tarixində Şamaxı şəhərinin 3, 6, 9 və 10 saylı tam orta məktəblərinin komandaları arasında təşkil olunacaq.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19229″ id=”19229″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]