[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-1311.jpg” ]
Gənclər paytaxtı Qubada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ana dilimizi qoruyaq”adlı layihəsi çərçivəsində təşkil olunan təlimlər yekunlaşıb.
Layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin üzvü Vüqar Hüseynovun verdiyi məlumata görə layihə çərçivəsində 15-25 yaşlı 20 nəfər gəncə “Azərbaycan dilinin qrammatik qaydaları”, “Üslublar”, “Xəbərin hazırlanması və yayımı”, “Bloqlar üzərində iş və sosial şəbəkələrdə fəaliyyət” mövzularında 4 təlim təşkil olunub.Peşəkar təlimçilər tərəfindən Quba şəhərindən, eləcə də rayonun Əlibəyqışlaq, Timiryazev, İdrisiqışlaq, Alekseyevka, Nügədi, Qımılqışlaq kəndərindən olan iştirkçılara yeni bilik və bacarıqlar aşılanıb.
Əsas məqsədi internetdən istifadə edən, müxtəlif sosial şəbəkələrdə şəxsi profil, qrup, səhifə, bloqlara sahib olan gənclərə Azərbaycan dilinin, əlifbasının düzgün istifadəsi üçün təlimlər təşkil etmək olan layihənin sonunda iştiraçılar sertifikatlarla mükafatlandırılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19212″ id=”19212″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]