[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-149.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunın maliyyə dəstəyi və “Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilən “Ətraf mühitin qorunması sağlam gələcəyin təminatıdır” adlı layihənin növbəti təlimləri Lənkəran və Mingəçevir şəhərlərində keçirilib. Çıxış edən ekspertlər qeyd ediblər ki, müasir dünyanın yeni çağırışları Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Təlmdə iştirak edən ekspertlər müstəqillik əldə etdikdən sonra qarşılaşdığımız ən mühüm məsələlərdən biri də ətraf mühitin mühafizəsi ilə bağlı problemlərin həllinə ictimaiyyətin aktiv və könüllü cəlb edilməli olduğunu qeyd edib, ölkədə davamlı və sürətli inkişafın olmasına baxmayaraq regionlarda əhalinin ətraf mühütin qorunması və ekoliji maarifləndirmənin təbliği və praktik tətbiqi zəif olduğu üçün cəmiyyətdə yeni ekoloji düşüncə və təfəkkürün, mədəniyyətin formalaşması vacib vəzifələrindən biri kimi qarşıda durduğu qeyd edilib, ölkədə ətraf mühitin mühafizəsi tədbirlərinin yüksəldilməsi üçün uşaqlar, məktəblilər, tələbələr, dövlət qulluqçuları, qeyri hökumək təşkilatları və əmək fəaliyyəti ilə məşğul olan fərdi sektorun nümayəndələri arasında əlaqələndirilən kütləvi maarif sisteminin yaradılmasına, onlarda təbiətdən səmərəli istifadə olunması vərdişlərinin aşılanması üçün fasiləsiz təhsil sisteminin qurulmasına, xüsusi ixtisaslaşdırılmış kurslara ehtiyac duyulduğu diqqətə catdırılıb. Təlimlərin məhz bu missiyaya xidmət etdiyi qeyd edilib. Daha sonra təlimlər diskusiya, inkeraktiv metodlardan istifadə və qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Təlimlərdə beynəlxalq sənədlərin əhəmiyyəti, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amil olduğu, ətraf mühitin qorunması və təbii resurslardan davamlı istifadə, son illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində respublikamızda görülən işlər, Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının yaradılması sahəsində qarşıda duran vəzifələr, gənclərin bu sahədə marifləndirilməsi kimi məsələlər müzakirələr zamanı diqqətə çatdırıldı. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunın dəstəyi və “Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilən “Ətraf mühitin qorunması sağlam gələcəyin təminatıdır” adlı layihə region gəncləri tərəfindən dəstəklənib və təlimlərin davamlı olmasının effektivliyi qeyd edilib. Təlimlər diskusiya, interaktiv üsullardan istifadə, nəzəri-təcrübi biliklərin tətbiqi usulları ilə müşayət olunub. Təlimlərin sonunda iştirakçı gənclərə buklet-kitabçalar, paylama materialları və sertifikatlar təqdim edilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19195″ id=”19195″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]