[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-148.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi V qrant müsabiqəsinin qaliblərindən olan “Gənc sosial işçilərin hazırlanması” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Bakı şəhərində Bakı Dövlət Universiteti və Turizm institutunda sosial iş ixtisası üzrə təhsil alan tələbələr arasında həyata keçirildi. Tədbir 10.10.2014-cü il tarixində təşkil edildi. Tədbirin başlıca məqsədi regionda sosial iş ixtisası üzrə təhsil alan tələbələrdə sosial iş ixtisası ilə bağlı düzgün təsəvvür formalaşdırmaq, bu sahədə ən ümumi müddəaları qeyd etmək və sosial işçi ilə sosial xidmətçini fərqləndimək oldu. Tədbirdə ilk öncə layihənin keçirilməsində əsas məqsədi izah edildi. Daha sonra sosial iş onun əsas fəaliyyət istiqaməti, mövcud nəzəriyyələr, sosial işin müxtəlif səviyyələrdə həyata keçirilməsi, genoqram və ekoxəritə ilə iş, sosial xidmətçi ilə sosial işin başlıca fərqi və bu iki peşənin qarışdırılmasının fəsadları barədə məlumat verildi. Tədbir iştirakçıları aktiv şəkildə diskusiyalarda iştirak etdilər, tələbələri maraqlandıran suallara cavab verildi. Tələbələr eyni zamanda müxtəlif risk qruplarından olan şəxslərin yerləşdiyi sığınacaqlar və onların fəaliyyəti ilə tanış edildi. Beləliklə, onlar üçün gələcəkdə də nəzəri və təcrübi bilik əldə etmək imkanı yaradıldı. Tədbir iştirakçılarına sosial iş barədə daha geniş məlumatların əks olunduğu kitabçalarvə buklet paylanıldı və sosial işlə bağlı mütəmadi şəkildə daha ətraflı məlumatların əldə edilməsi üçün lazımi izahlar verildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19189″ id=”19189″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]