[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-146.jpg” ]
Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi – GMKİB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun təşkil etdiyi V qrant müsabiqəsinin qalibi olduğu “Məişət zorakılığına yox, erkən nikaha son” layihəsinin 14.10.2014-cü il tarixində İsmayıllı rayonunda bağlaniş mərasimi olaraq keçirilən təlimin rəsmi açlışında “GMK” İB-nin İsmayıllı rayon nümayəndəsi Tərlan Mürsəlov ilk olaraq açlış nitqi ilə çıxış edib. Tərlan bəy öz nitqində hal-hazırda müstəqil Azərbaycanımızda gənclər üçün yaradılan bu cür gözəl şəraitə görə ölkə başçısı cənab Prezdentimiz İlham Əliyevə minnətdarlığını bildirdi. Eyni zamanda bu təlimin həyata keçirilməsi üçün şərait yaradan Gənclər Fonduna və İsmayılli rayon icra hakimiyyətinə, öz dərin minnətdarlığını bildirdi. Daha sonra isə layihənin məzmunu və əsas məqsədi haqqında təlim iştirakçılarına və İsmayıllı rayon icra hakimiyyəti nümayəndilərinə geniş məlumat verdi. Təşkilatın nümayəndəsinin açlış nitqindən sonra layihə çərçıvəsində iştirakçılara “Məişət zorakılığına yox, erkən nikaha son” mövzusunda təlim keçirildi. Təlimin sonunda təlimin fəal iştirakçıları sertifikatla mükafatlandırıldı. Bununla yanaşı layihə çərçıvəsində gənclərə buklet , kitab, köynəklər paylandı. Eyni zamanda layihə çərçıvəsində lahiyənin təlimçisi Əbdul Məhərrəm Məhərrəmov, TUDIFAK-in tələbəsi Tural Məmmədli də layihənin İsmayıllı rayonunda təşkilində fəal iştirak ediblər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19163″ id=”19163″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]