[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed41.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Qurbanov İlqar Zimistan oğlu tərəfindən Ağsu və Şamaxı rayonlarında “8 of 8 questions and answers”adlı intellektual festival layihəsi həyata keçirilmişdir. Layihənin məqsədi gənclərin intellektual oyunlara həvəsinin artırılması, Gənclər arasında Azərbaycanın tarixinin təbliği, gənclərin intellektual oyunlarda iştiraklarının artırılması və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır. Layihə rəhbəri Qurbanov İlqar qeyd edib ki, maarifləndirmə işlərinin geniş miqyasda aparılması bir mənalı şəkildə gənclərin gələcəkdə intellektual oyunlara marağın artmasına və fəaliyyətlərdən yararlanmaq istəyən digər gənclərində şansını artıracaqdır. Əsas diqqət gənclərə Azərbaycan tarixi haqqında düzgün informasıyanın verilməsinə nail olmaq və dolğun informasiya bazası yaratmaqdır. Festival zamanı intellektual oyunların əhəmiyyəti və onun yaranma tarixi, əsas tərkib hissələri, intellektual oyunlarin keçirlmə qaydaları haqqında gənclərə dolğun məlumat verilmişdir. Layihədən ümumilikdə 30 nəfərdən çox gənc birbaşa bəhrələnə bilib. Festivalda mövzu ilə bağlı iştirakçılara bukletlər paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19153″ id=”19153″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]