[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed38.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 3 Oktyabr 2014 – cü il tarixində Masallı rayonunda “Sağlam Həyat Naminə” layihəsi həyata keçirilib.
Tədbirdə layihə rəhbəri Bəxtiyar Məmmədov, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov, ictimai fəal gənclər və müəllimlər iştirak edib. B.Məmmədov layihə haqqında danışıb. Son illərdə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan natiq gənclərin sağlam böyüməsinin çox önəmli olduğunu vurğulayıb. O, bildirib ki, layihənin keçirilməsində əsas məqsəd nakotiklərə qarşı mübarizə kampaniyası müddətində maarifləndirmə işinin gedişatını mütəmadi və fasiləsiz olaraq KİV –də işıqlandırmaqla Masallı, Lənkəran, Sumqayıt şəhərlərində ictimaiyyət və xüsusən də gənclər arasında, bütün təhsil müəssisələrində və maarifləndirmə işinin daha effektiv olması və kütləviliyin təmin olunması üçün KİV vasitəsi ilə ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbirin sonunda iştirak edən gənclərə “Sağlam Həyat Naminə” layihəsi çərçivəsində Buklet və braşurlar təqdim olunub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=” 19110″ id=” 19110″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]