[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-226.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi V qrant müsabiqəsinin qaliblərindən olan “Gənc sosial işçilərin hazırlanması” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Gəncə şəhərində Gəncə Dövlət Universitetinin tələbələri və Əhalinin Sosial Müdafiəsi Mərkəzində fəaliyyət göstərən sosial xidmətçilər arasında həyata keçirildi. Tədbir 08.10.2014-cü il tarixində təşkil edildi. Tədbirin başlıca məqsədi regionda sosial iş ixtisası üzrə təhsil alan tələbələrdə sosial iş ixtisası ilə bağlı düzgün təsəvvür formalaşdırmaq, bu sahədə ən ümumi müddəaları qeyd etmək və sosial işçi ilə sosial xidmətçini fərqləndimək oldu. Tədbirdə layihə rəhbəri Gülnar Nəzərova ilk öncə layihənin keçirilməsində əsas məqsədi izah etdi. Daha sonra sosial iş onun əsas fəaliyyət istiqaməti, mövcud nəzəriyyələr, sosial xidmətçi ilə sosial işin başlıca fərqi və bu iki peşənin qarışdırılmasının fəsadları barədə məlumat verdi. Tədbir iştirakçıları aktiv şəkildə diskusiyalarda iştirak etdilər, tələbələri maraqlandıran suallara cavab verildi. Tədbir iştirakçılarına sosial iş barədə daha geniş məlumatların əks olunduğu kitabçalarvə buklet paylanıldı və sosial işlə bağlı mütəmadi şəkildə daha ətraflı məlumatların əldə edilməsi üçün lazımi izahlar verildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19075″ id=”19075″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]