[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-321.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Şəki İdman və Gənclər İdarəsinin və “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilati və texniki dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “C” kateqoriyası üzrə V qrant müsabiqəsinin qalibi, gənc filolog Aynur Nağıyevanın icra etdiyi “Gənc kitabsevərlər Klubu üzvlərinin region gəncləri ilə görüşlərinin təşkili” layihəsinin icrası müvəffəqiyyətlə başa çatıb.
“Gənc kitabsevərlər Klubu üzvlərinin region gəncləri ilə görüşlərinin təşkili” layihəsinin əsas məqsədi Gənc Kitabsevərlər Klubu üzvlərinin (bir qrup gənc kitabsevərlərin) Azərbaycan Respublikasının Şimal-Qərb regionunda yaşayan və təhsil alan gənclərlə görüşlərini təşkil etməklə bu gənclərin asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə nail olmaq, gənc kitabsevərlərin oxuduqları dünya və Azərbaycan klassiklərinin (şair və yazıçılarının) əsərlərini müzakirə etməklə ədəbiyyata marağı olan gənclərin GKK üzvləri ilə birgə əməkdaşlığa dəvət etmək idi.
22 iyun 2014-cü il tarixindən başlayan layihənin fəaliyyət planına əsasən, bu layihə çərçivəsində həyata keçiriləcək tədbir və görüşlərin Qəbələ və Şəki şəhərlərində, həmçinin Qax rayonunda keçirilməsi nəzərdə tutulmuşdu.
Layihə çərçivəsində 20 nəfər GKK-nın üzvləri və 3 nəfər ekspertlərdən ibarət qrup Qəbələ, Qax və Şəki şəhərlərində yaşayan və təhsil alan gənclərlə görüşmüş, həmin rayon və şəhərlərdə fəaliyyət göstərən kitabxanalarda olmuş və region gəncləri ilə birgə regionun gəzməli, görməli yerlərində səfər etmiş, tarix və mədəniyyət abidələri ilə tanış olmuşlar. Müddət ərzində həyata keçirilən tədbir və görüşlərdə Azərbaycan şairləri də (Şahid Məmmədkərimov, Bahar Səmin, Tərlan Türksoy və başqaları da) iştirak ediblər.
Bu layihə çərçivəsində planlaşdırılmış bütün tədbir və görüşlər uğurla başa çatıb.
Tədbir və görüşlərdə gənc kitabsevərlər tərəfindən bir çox təkliflər irəli sürülüb və layihənin davamlılığının təmin olunması üçün ekspertlər tərəfindən dəstəklənən təkliflər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə təqdim etmək üçün təkliflər paketi hazırlanıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19065″ id=”19065″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]