[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=””url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-68.jpg” ]
“Erkən nigahlanma erkən maariflən” layihəsi çərçivəsində növbəti görüşlər Lənkəran rayonunda keçirilib. Lənkəran Gənclər mərkəzində 02.10.2014-cü ildə baş tutan və rayon məktəblilərinin, kollec və universitet tələbələrinin də qatıldığı təlimi giriş sözü ilə açan İcra Hakimiyyətinin məsul işçisi Yusif Xamiyev sözügedən layihənin əhəməiyyətindən danışdı və son illər rayonda bu sahədə həyata keçirilən tədbirlər və əldə olunan müsbət nəticələri vurğuladı. Daha sonra layihə rəhbəri Seyran Quliyev mövzu ilə əlaqədar fikirlərini bölüşdü. Erkən nigah anlayışı haqda danişan Seyran Quliyev ilk öncə belə nigahlara gətirib çixaran səbəbləri dinləyicilərin diqqətinə çatdırdı. Diskussiya şəklində baş tutan görüşdə iştirakçilar da öz fikirlərini bölüşdülər. Erkən nigahların kökündə savadsızlığın böyük rol oynadıgı fikri üzərində çoxluqla dayanan iştirakçılar əsasən də ucqar kəndlərdə yeniyetmələrin öz huquqlarını bilmədiklərini və xüsusən bu mövzuda valideynlərin
maarifləndirilməli olduqlarını bildirdilər. Mövzu ətrafında həkim-rezident Ümid Səlimzadə və psixoloq Elgül Eyvazovanın da fikirləri çatdırıldı. Bu zaman tibb kollecindən təlimə qatılmış xanım tələbələr erkən nigahların tibbi fəsadları barədə geniş diskussiyaya qoşuldular. Daha sonra sağlam gələcəy üçün təhsilin önəmi vurğulandı. Seyran Quliyev maariflənmənin önəmindən danışaraq fikirlərini davam elətdirdi, sağlam gələcəy üçün təhsilin önəmini vurğuladı. Tədbir zamanı iştirakşılar erkən nigahların səbəbləri, tibbi və psixoloji fəsadlarını özündə əks elətdirən braşuralarla təmin olundular. Bununla da Masallı və Lənkəran rayonlarında gerçəkləşdirilməsi nəzərdə tutulan layihə sona çatdı.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19040″ id=”19040″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]