[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-316.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin Cəbrayıl Rayon Gənclər və İdman idarələrinin yaxından köməkliyi ilə “Gəlin, gəncliyimizi qoruyaq!, Narkomaniyaya yox deyək!” layihəsi çərçivəsində növbəti təlimini 08 oktyabr 2014-cü il tarixdə Biləsuvar rayonu, 10 saylı Cəbrayıl köçkünlər qəsəbəsindəki Mədəniyyət klubda keçirilib. Təlimdə 30 nəfər gəncin iştirakı ilə yanaşı Cəbrayıl Rayon İcra Hakimiyyətinin Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rövşən Bayramov, Rayon Gənclər və İdman idarəsinin rəisi Emil Məstəliyev və Dəmşalaq kənd tam orta məktəbin müəllimi Zahid Babaşov iştirak etmişdirlər. Tədbiri giriş sözüylə açan Cəbrayıl Rayon Gənclər və İdman idarəsinin rəisi Emil Məstəliyev qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Regionlardakı əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini qeyd etdi.Tədbirdə çıxış edən əməkdaşlar da narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı aparılan mübarizə metodlarında və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasını, təbliğat işlərinin geniş vüsət almasınının vacibliyini bildirdilər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirin sonunda narkomaniyaya aid biliklərin yoxlanılması məqsədilə gənclər arasında sosioloji sorgu keçirilib. Təlimdə gənclərin maariflənməsi məqsədilə İctimai Birlik tərəfindən hazırlanan narkomaniyaya aid videorolik izlənilmiş,hazırlanmış buklet, köynək, blaknot, qələm, qovluq və sertifikat tədbir iştirakçılarına paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19002″ id=”19002″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]