[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-126.jpg” ] “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi 03 oktyabr 2014-cü il tarixdə Yevlax rayon Xaldan kənd kompleks orta məktəbində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gec qalmayın, gənc qalın!” adlı layihə çərçivəsində tədbir keçirdib. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman idarəsinin rəis müavini Samir Kərimov qonaqları salamlayaraq tədbirinin əhəmiyyətindən danışdı. Daha sonra çıxış edən birliyin sədri Elçin Manafov 100-ə yaxın iştirakçısı olan gənclərə layihənin məqsədini, keçirilən mövzuların aktuallığını çatdıraraq öz tövsiyyələrini verdi. Daha sonra həkim-reanimatoloq Nigar Yusifova gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat vermişdir Yeni Azərbaycan Partiyasının əməkdaşı Ariz Mikayılov qonaqlara və iştirakçılara öz təşəkkürünü bildirərək tədbiri yekunlaşdırdı. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı, fəal iştirakçılara sertifikatlar təqdim edildi və xatirə şəkilləri çəkdirildi. [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18985″ id=”18985″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]