[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed25.jpg” ]
“Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə cəzaçəkmə müəssisələrindən azad olunan gənclərin sosial adaptasiyasına və onların reabilitasiyasına yardım etmək məqsədilə “Cəzaçəkmə müəssisələrindən azad olunan gənclərin sosial adaptasiyası və onların reabilitasiyası işinin təşkili” layihəsini icra edir.
Layihənin həyata keçirilməsində əsas məqsəd cəzaçəkmə müəssisələrindən azadlığa çıxmağa hazırlaşan gənc məhkumlar arasında maarifləndirmə işinin aparılması, cəza çəkməkdən azad edilən gənclərə zəruri hüquqi, psixoloji və sosial xidmətlər göstərilməsi və onların sosial problemlərinin həll olunmasına yardım göstərməkdən ibarətdir.
Layihə çərçivəsində azadlığa çıxan gənclərin maarifləndirilməsi və onlara hüquqi, sosial və psixoloji xidmətlərin göstərilməsi istiqamətində geniş iş aparılır.
Eyni zamanda layihə çərçivəsində “Cəza çəkməkdən azad edilən gənclərin sosial adaptasiyası” adlı kitabın və bukletlərin hazırlanması və nəşr edilməsi ilə əlaqədar olaraq hazırlıq işlərinə başlanılıb. Məlumat üçün bildiririk ki, kitabda “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun şərhi, cəza çəkməkdən azad edilmiş gənclər üçün lazımi məlumatlar, məhkəməyə müraciət qaydaları, müvafiq məhkəmə sənədlərinin nümunələri, eləcə də Azərbaycan Respublikasının qanunvericilik aktlarından və məcəllələrdən, müvafiq dövlət orqanlarının normativ-hüquqi aktlarından və beynəlxalq sənədlərdən çıxarışlar və s. məlumatlar öz əksini tapacaqdır”.
Bütün bu göstərilən fəaliyyətlərə paralel olaraq cəmiyyətin keçmiş gənc məhkuma mənfi münasibətinin dəyişilməsi istiqamətində də müəyyən işlər aparılacaqdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18982″ id=”18982″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]