[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed20.jpg” ]
Gəncə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Liderlər” Təhsil-Təlim və İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam Gələcək” layihəsi çərçivəsində təlim təşkil olunub. Layihənin məqsədi qərb regionunda (Gəncə şəhəri və Qazax və Samux rayonunda) gənclərin sağlam həyat tərzi barəsində maarifləndirməsini təmin etmək və ictimaiyyətin bu sahəyə diqqətini cəlb etməkdir. Təlimdə iştirak edən gənclərə düzgün qidalanma, idmanın faydası, riayət edilməli gigienik qaydalar haqqında məlumat verilmişdir. Layihənin sonrakı dövründə Qazax və Samux rayon gəncləri üçün Sağlam Həyat Tərzinin təbliği sağlam qidalanma, idman, stressdən xilas yolları, zərərli vərdişlərə qarşı məlumatlandırma işləri həyata keçirilməsi planlaşdırılıb. Təlimlərdə fəal iştirak edən 15 nəfər iştirakçı “təlimçilər üçün təlim”ə seçilmə şansını qazanacaqlar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18939″ id=”18939″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]