[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-213.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi V qrant müsabiqəsinin qaliblərindən olan “Gənc sosial işçilərin hazırlanması” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Qəbələ rayonunda Əhalinin Sosial Müdafiəsi Mərkəzində fəaliyyət göstərən sosial xidmətçilər arasında həyata keçirildi. Tədbir 01.10.2014-cü il tarixində təşkil edildi. Tədbirin başlıca məqsədi sosial işçilər və sosial xidmətçilər arasında maarifləndirmə tədbiri həyata keçirməklə sosial iş institutunun formalaşmasına dəstək olmaq olub. Buna müvafiq olaraq qanunvericilik və sosial iş sahəsində zəruri məlumatlar verildi. Tədbirdə layihə rəhbəri Gülnar Nəzərova ilk öncə layihənin keçirilməsində əsas məqsədi izah etdi. Daha sonra sosial iş onun əsas fəaliyyət sahəsi, sosial xidmətçi ilə sosial işin başlıca fərqi və bu iki peşənin qarışdırılmasının fəsadları barədə məlumat verdi. Tədbir iştirakçıları aktiv şəkildə diskusiyalarda iştirak etdilər. Tədbir iştirakçılarına sosial iş barədə daha geniş məlumatların əks olunduğu kitabçalar və buklet paylanıldı.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18921″ id=”18921″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]