[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-210.jpg” ]
“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi 30 sentyabr 2014-cü il tarixdə Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gec qalmayın, gənc qalın!” adlı layihə çərçivəsində tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan birliyin sədri Elçin Manafov layihə haqqında 120-dən çox iştirakçısı olan gənclər maarifləndirdi. Daha sonra həkim-reanimatoloq Nigar Bəkirova gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat verib
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və şəkillər çəkdirildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18894″ id=”18894″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]