[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-54.jpg” ] 2 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “DE-FAKTO İNTELLEKT” layihəsində qrup oyunlarına start verildi. İlk qrup oyununda Şamaxı rayonunun Əngəxaran, Məlhəm, Çuxuryurd və Nağaraxana kənd tam orta məktəblərinin IX-XI siniflərinin şagirdləri qrup birinciliyi uğrunda mübarizə apardılar. İlk qrup oyununda həmin məktəblərin rəhbər şəxsləri, müəllimləri, şagirdləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, həmçinin qonaqlar – YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin üzvü Kabuz Əliyev, Şamaxı rayon Təhsil Şöbəsinin gənc metodisti Anar Osmanov da iştirak edirdi. Çıxış edən qonaqlar layihənin Şamaxı məktəbliləri üçün əhəmiyyəti, bu layihənin şagirdlərin intellektual bacarıqlarının inkişaf etməsinə stimul verən rolundan söz açdılar. Maraqlı və gərgin mübarizə şəraitində keçən ilk qrup oyununda Əngəxaran kənd tam orta məktəbinin “ZİRVƏ” komandası qrup birinciliyini qazanaraq play-off mərhələsində oynamaq şansı əldə etdi. Digər məktəblərin şagirdlərinə isə qrup mərhələsində iştirakçı sertifikatları təqdim olunub. Layihə çərçivəsində növbəti qrup oyunu 9 oktyabr 2014-cü il tarixində Şamaxı rayonunun Cabanı, Qonaqkənd, Çaylı və Həmyəli kənd orta məktəblərinin şagirdləri arasında təşkil olunacaq. [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18870″ id=”18870″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]