[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed10.jpg” ]
“Gələcək Naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Uğurlu gənc ailə modeli formalaşdıraq!” layihəsi çərçivəsində sonuncu tədbir Şirvan şəhər Gənclər və İdman İdarəsində həyata keçirilib.
Tədbirə bölgədə fəaliyyət göstərən yerli media nümayəndələri, gənclər və idman idarəsinin rəis müavini, rayon icra hakimiyyətinin məsul əməkdaşı, QHT-lərin və ictimaiyyətin nümayəndələri qatılıblar.
Tədbiri giriş sözü ilə açan birliyin nümayəndəsi Yusif Poladov bildirib ki, layihənin həyata keçirilməsində məqsəd ailə hüquq sahəsində gəncləri maarifləndirmək, nikah qurmağa hazırlaşan gənclərə bu sahədə psixoloji dəstək vermək, Nikah müqaviləsinin səmərəliliyi və üstün cəhətləri üzrə əhali arasında geniş maarif və təşviqat kampaniyasını təşkil etməkdir. Y. Poladov Nikahla bağlı qanuna dəyişikliklərin olunması haqqında məlumat verərək bildirdi ki, bundan sonra nikaha girən hər iki tərəf sağlamlıqla bağlı tibbi arayış təqdim edəcək. O ailə qurmaq istəyən hər iki şəxsin sağlamlıq haqqında tibbi arayış təqdim etməsinin onların gələcək ailə həyatında oynadığı müsbət rol haqqında da məlumat verib.
Tədbirdə Şirvan şəhər icra strukturlarının nümayəndələri də çıxış edərək, tədbirin gənclər üçün ciddi əhəmiyyətindən danışıblar, dövlətin də bu sahəyə daim diqqət ayırdığını vurğulayıblar.
Yusif Poladov onu da qeyd edib ki, təşkilat Şirvan şəhərindən öncə Hacıqabul və Yevlax rayonlarda da bənzər tədbirlər həyata keçirib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18864″ id=”18864″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]