[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-71.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Region gənclərinin mobil reportyorluq vərdişlərinin artırılması ” layihəsi çərçivəsində təlimlər keçirilib. Lənkəran, Mingəçevir və Gəncə şəhərlərndə keçirilən təlimlərdə bu regionlara yaxın yaşayan 14-29 yaş arası region gəncləri qatılıb.
Layihənin əsasə məqsədi təlimlər vasitəsi ilə gənclərin mobil reportyorluq vərdişlərini artırmağa, onların multimedia vasitəsi ilə hekayə danışmaq istedadlarını üzə çıxarmağa, eləcə də yeni medianın verdiyi üstünlüklərdən istifadə etməklə regionlarda gedən inkişafın təbliğ olunmasına dəstək vermək olub. Ümumilikdə, layihənin keçirildiyi üç şəhərdə, 90 nəfər aktiv gəncin layihədə iştirakı təmin olunub. Keçirlən təlimlər zamanı gənclərə mobil reportyorluqla yanaşı, yeni media, bloqlar, şəbəkləşmə, informasiya texniologiyalarından düzgün istifadəyə dair bilik və bacarıqlar öyrədilib.
“Region gənclərinin mobil reportyorluq vərdişlərinin artırılması ” layihəsi fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsində qalib olub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18842″ id=”18842″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]