[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed-5.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erkən nikahla bağlı interaktiv teatr üslubunda tamaşa” layihəsi Azərbaycanın cənubunda yerləşən 6 rayonunda təqdim olunub. 22 sentyabr – Neftçala, 23 sentyabr – Biləsuvar, 25 sentyabr – Cəlilabad, 26 sentyabr – Masallı, 29 sentyabr Astara və 30 sentyabr Lənkəran rayonlarında tamaşa izləyicilər tərəfindən coşqu ilə qarşılanıb.
İnteraktiv teatr üslubunda tamaşa gördüyümüz ənənəvi tamaşalardan tam fərqlidir. Burada tamaşa oynanılır və bitəndən sonra qəhrəmanın düşdüyü vəziyyəti auditoriyadakı hər hansı bir tamaşaçı səhnəyə çıxaraq dəyişə bilir. Yəni tamaşaçı izləyici olmaqla yanaşı tamaşanın qəhrəmanına çevrilə bilir.
Mövzu erkən nikahla bağlıdır. Statistikaya görə erkən yaşda ailə həyatı quran qızların boşanma faizi daha çoxdur. Bu aktual mövzu əsasən də, Azərbaycanın cənub bölgəsində yerləşən rayonlar üçün daha böyük problemdir.
Tamaşa təqdim olunduğu 6 rayonun hər birində yeniyetmələr kifayət qədər aktivlik göstəriblər və bu məsələdən çıxış yollarını səhnədə oynamağa çalışıblar.
Tamaşanın izləyici kontingentini 13–18 yaş arası məktəblilər təşkil edir.
Layihənin tərəfdaş təşkilatları Cənub Regional Televiziyası və Lənkəran Dövlət Dram teatrıdır.
Orxan Cahangirin “ Çıxış” pyesi əsasında tamaşa hazırlanıb.
Quruluşçu rejissor Lənkəran teatrının aktyoru Tərlan Abdullayev.
Rollarda: Lənkəran Dövlət Dram Teatrının aktrisaları Gülər Kərimova, Aysel Cahangir, Günel Abbaszadə, aktyorlardan Cənub Regional Televiziyasının aparıcısı Orxan Cahangir və Lənkəran Dövlət Dram Teatrının aktyoru Tərlan Abdullayev.
Tamaşanın aparıcısı Cənub Regional Televiziyasının aparıcısı Tural Kərimovdur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18796″ id=”18796″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]