[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/10/unnamed1.jpg” ]
“Üfüq” gənclərin İnkişafı naminə ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Forum – teatrla Dövlət rəmzlərinin təbliği” adlı layihə icra olunmub.
Layihənin məqsədi qeyri formal təhsil metodundan – teatr forumdan istifadə etməklə gənclərimizdə Dövlət rəmzlərinə hörmət hissini, vətənə məhəbbət hissini gücləndirmək, vətənpərvərlik ruhunun yüksəldilməsidir. Eyni zamanda layihənin vəzifəlri Gənclərə layihənin əsas ideyasını özləri tərəfindən real olaraq çatdırmaq, gənclərə işləyən qurumlarda (məktəblər) teatr forum keçirilmə metodlarını öyrədilməsi və gələcəkdə tətbiqidir.
Layihə rəhbəri Rəşad Zeynalov demişdir ki, bu gün qarşıda duran başlıca vəzifələrdən biri gəncliyin Azərbaycanın dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət, ehtiram ruhunda tərbiyə edilməsi yolu ilə vətəndaş cəmiyyətinin formalaşmasına, Azərbaycanın müstəqilliyinin əbədi ediləcək vətənpərvər gəncliyimizin yetişdirilməsinə nail olmaqdan ibarətdir.
Şəmkir, Mingəçevir, Qəbələ regionlarının hər birində 4 gün ərzində keçirilən layihə çərçivəsində Forum teatr vasitəsilə dövlət rəmzlərimiz təbliğ olunmuşdur. Region gənclərinin özləri də forum teatrın aktiv iştirakçılarına çevrilmişlər. Gənclərə layihənin əsas ideyasını özləri tərəfindən real olaraq çatdırmaq əsas məqsəd olmuşdur. Forum teatr zamanı aşağıdakı mövzulara toxunulub: Azərbaycan Dövlət bayrağına hörmət hissinin gücləndirilməsi, Azərbaycan Dövlət gerbinə hörmət hissinin gücləndirilməsi, Azərbaycan Dövlət himninə hörmət hissinin gücləndirilməsi, Dövlət himninin canlı ifası, Dövlət rəmzlərinin ideya-məzmunu haqqında gənclərlə müzakirələrin aparılması.
Hər regionda yaradılacaq şəbəkə gələcəkdə qeyri ənənəvi, kreativ üsulla gənclərimizi maarifləndirəcək, düşündürəcək və eyni zamanda onlarda teatr mədəniyyətinə maraq oyadacaq.
Layihə çərçivəsində buklet, cib təqvimi, qısa qol yazılı köynək, şəhadətnamə paylanılıb.
Layihə ümumilikdə Şəmkir, Mingəçevir, Qəbələ regionlarını əhatə edib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18789″ id=”18789″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]