[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-193.jpg” ]
25.09.2014-cü il tarixində “Keçmişdən Günümüzə DƏYƏRLƏRİMİZ” adlı kitab “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu”nun maliyyə yardımı ilə “Könüllü Gənclər” İctimai Birliyinin həyata keçirdiyi “Qloballaşan Dünyada Milliləşən Gənclik” layihəsi çərçivəsində hazırlanmış kitabın təqdimat mərasimi və maarifləndirmə treyninqi keçirdib.
Qeyd edək ki, “Könüllü Gənclər” İctimai Birliyi gənclərin milli ruhda yetişmələrinə, eləcə də onların gələcək həyatında milli-mənəvi dəyərlərin özünəməxsus yeri olması məqsədilə “Qloballaşan Dünyada Milliləşən Gənclik” layihəsinə start verib. Layihə çərçivəsində birlik müxtəlif universitetdən olan tələbələrə milli-mənəvi dəyərlərimiz mövzusunda təlim keçirmişdir. Tədbirdə gənclərin milli ruhda inkişafına, onların bu dəyərlənindən istifadə edərək gələcək həyatlarının hər pilləsində uğur əldə etmələrinə və milli dövlətçilik ənənələrinə sadiq qalmalarına istiqamətində mövzular müzakirə olunub.
Treyninqdə Xəzər rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Hüseynov Ağahüseyn, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov və tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov çıxış edərək, Milli dəyərlərimiz, Mənəvi dəyərlərimiz, Milli Kimlik, Dövlətçilik İdeologiyası haqqında gənclərə geniş məlumat vermişdirlər. Abbas Qurbanov dövlətin mövcud olmasında, formalaşmasında və inkişafında milli ideyanın rolunun əvəzsiz olmasını lakin hazırkı şəraitdə bizim cəmiyyətdə bu sahədə ciddi bir boşluğun müşahidə olunduğunu qeyd etdi. Həmçinin o qeyd etdi ki, ideoloji baxışların ən çox sirayət etdiyi sahələrdən biri də dini cərəyanlar və baxışlar vasitəsi ilə sirayət edən ideyalardır. Buna görə də milli kimlik ideyası və milli mənəvi dəyərlərimizin qorunması işinə eyni platformada baxılması və ideoloji işin aparılması zəruridir və gənclərimizi yad təsirlərdən, radikalizmdən qormağın yeganə yolu gənclərimizə öz milli-mənəvi dəyərlərini aşılamaqdan keçir.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynək və papaqlar, bukletlər, qələmlər və “Keçmişdən Günümüzə DƏYƏRLƏRİMİZ” adlı kitab təqdim olundu.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=” 18701″ id=” 18701″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]