[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/09/IMG_3116.jpg” ]
Gənclər Fondunun Müşahidə Şurasının 3 sentyabr 2014-cü il tarixli iclasında qrant müsabiqəsinin başlanması və mövzuları barədə qərar verilmişdir. Fonda müraciət qaydaları və müəyyən edilmiş istiqamətlər barədə məlumat vermək, qrant müsabiqəsində gənclərin fəal iştirakını təmin etmək məqsədilə Fondun əməkdaşları tərəfindən respublikamızın bir sıra şəhər və rayonlarında regional təqdimatlar həyata keçirilməyə başlanmışdır.
İlk olaraq 29 sentyabr 2014-cü il tarixdə Masallı rayonu və Lənkaran şəhərində yerləşən Gənclər Mərkəzlərində təqdimatlar olmuşdur. Təqdimatlarda yeni qrant müsabiqəsinin şərtləri gənclərə izah olunmuş, müraciət qaydaları, layihə istiqamətləri barəsində məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18688″ id=”18688″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]