[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/NDA_2086.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzər Gənclərinin Sammitində iştirak edir.
Gənclər Sammitinin keçirilməsində məqsəd, xəzəryani ölkələrdən olan gənclər arasında əlaqələrin genişlənməsi və artıq mövcud olan beynəlxalq gənclər layihələrin inkişaf etdirilməsidir.
Tədbir zamanı Fərhad Hacıyev çıxış edərək, Azərbaycanda aparılan gənclər siyasəti ilə bağlı məlumat vermiş, gənclərin uğurları və onlar üçün yaradılan imkanların müstəsna əhəmiyyətindən danışmışdır.
Sammitdə tərkibi 5 nəfərdən ibarət, sosial və siyasi təcrübəsi olan gənclərlə iş üzrə dövlət, qeyri-hökümət və tələbə gənclər təşkilatlarının rəhbərləri və liderləri iştirak edirlər.
Tədbir çərçivəsində iştirakçıların Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jılkinlə görüşü keçirilmişdir.
Sammitin sonunda yekun olaraq gənclərin əməkdaşlığı barədə qətnaməyə imza atılmışdır.