[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-186.jpg” ]
23 sentyabr 2014-cü il tarixindən etibarən Şamaxı şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “DE-FAKTO İNTELLEKT” layihəsinin tanıtım mərhələsinə start verildi. Tanıtım mərhələsinin ilk günü Şamaxı rayonunun Cabanı, Həmyə, Çaylı və Qonaqkənd kənd orta məktəblərinin, 24 sentyabr 2014-cü il tarixində isə Şamaxı rayonunun Əngəxaran, Məlhəm, Çuxuryurd və Nağaraxana kənd tam orta məktəblərinin IX-XI siniflərinin şagirdləri ilə görüş keçirildi. Layihə rəhbəri Vasif Şıxıyev məktəb rəhbərlərinə, tədbirə dəvət olunmuş müəllimlərə və şagirdlərə layihənin məqsədi, keçirilmə qaydaları və gözlənilən nəticələr haqqında ətraflı məlumat verdi. Həmçinin layihənin həyata keçirilməsində əməkdaşlıq ediləcək dövlət qurumları və təşkilatların rolu haqqında da iştirakçılara əlavə məlumat verildi. Sonda şagirdlərə layihə haqqında bir sıra məlumatları özündə əks etdirən flayerlər təqdim olundu.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18601″ id=”18601″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]