[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed73.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada reallaşdırılan intellektual çoxnövçülük üzrə “Bahar kuboku-2014” layihəsinin ilk tədbiri keçirilib.
Qubanın rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən dağ kəndi hesab edilən Təngəaltıda baş tutan ilk tədbirdə Təngəaltı, Səbətlər, Püstəqasım, Afurca kəndini təmsil edən yeniyetmə və gənclər iştirak edib.
Tədbirin açılışında çıxış edən təşkilatın sədri Ramin Mahmudov, Quba rayon Gənclər və İdman İdarəsinin rəsi müavini Mənsur Ağayev Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, müxtəlif qrant müsabiqələrindən, gənclərə yaradılan imkan və şəraitdən danışıb, “Yurd” GİİD İB-nin icra etdiyi bu layihənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, layihənin əsas məqsədi gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, təhsilə, oxumağa, bədii ədəbiyyata marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və ən əsası müxtəılif məktəblərdə təhsil alan yeniyetnmə və gənclər arasında şəbəkələşməni inkişaf etdirməkdir.
6 zonada icra ediləcək layihənin Təngəaltıda baş tutan ilk seçim turanda Təngəaltı, Səbətlər, Afurca və Püstəqasnm kəndlərini təmsil edən 7 komanda mübarizə aparıb.
Yekunda Səbətləri təmsil edən “III qrup” komandası birinici, Püstəqasım kəndini təmsil edən eyniadlı komanda ikinci, Təngəaltının “Land of Fire” biliciləri isə üçüncü olublar.
Yarışın əsasnaməsinə uyğun olaraq ilk 2 yeri tutan komandalar Quba şəhərində keçiriləcək final turnirinə vəsiqə qazanıb.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Qəçrəş kəndində baş tutacaq.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18572″ id=”18572″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]