[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed72.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatı dəstəyi ilə AZGF-nin “C“ kateqoriyası üzrə V qrant müsabiqəsinin qalibi və Azərbaycan Kooperasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Vüsal Həsənovun icra etdiyi “AKU Liderlik Məktəbi” layihəsinin icrası başa çatıb.
“AKU Liderlik Məktəbi” layihəsinin əsas məqsədi tələbələrə bir sıra sahələrdə nəzəri və praktiki təlimlərin keçirilməsi yolu ilə ictimai aktivliyinin artırılması və gənclərə liderlik bacarıqlarının aşılanması idi.
19 sentyabr 2014-cü il tarixində “Grand Hotel”də layihənin rəsmi açılış mərasimi həyata keçirilib.Layihənin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdi iştirak ediblər.
Layihə çərçivəsində tələbə-gənclərə vaxtın idarə olunması, komanda işinin təşkili, layihələrin yazılması və idarə olunması və liderlik təlimləri uğurla keçirilib.
21 sentyabr 2014-cü il tarixində, layihənin bağlanış mərasimində “AKU Liderlik Məktəbi” layihəsini uğurla başa vuran tələbə-gənclərə sertifikatlar təltif olunub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18549″ id=”18549″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]