[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-433.jpg” ]
Bakı şəhərində “Məişət zorakılığına məruz qalan gənc qadınlara dəstək” layihəsinin icrası başa çatıb. Zümrüd Əkbərovanın rəhbərliyi ilə həyata keçirilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub. Layihə 16 iyun 2014-cü il tarixində başlayıb və 16 sentyabr 2014-cü il müddətinə kimi davam edib. Layihənin əsas məqsədi məişət zorakılığına məruz qalan gənc qadınlara psixoloji və sosial dəstəyin göstərilməsi və bu mövzuda hüquqi maarifləndirmə işinin həyata keçirilməsi idi. Layihədən məişət zorakılığının qurbanı olan gənc xanımlar, ali və orta ixtisas məktəblərinin tələbələri, QHT və KİV nümayəndələri faydalanıb. Proyektə aidiyyəti sahə üzrə dövlət qurumlarının nümayəndələri, eləcə də gənc hüquqşünas, psixoloq və sosial işçilər ekspert qismində cəlb olunub. Layihə çərçivəsində məişət zorakılığına məruz qalan gənc qadınlarla fərdi psixoloji iş aparılıb.
Layihə çərçivəsində sosial iş, psixologiya və tibb təhsili alan 60 tələbə üçün məişət zorakılığı mövzusunda təlimlər keçirilib. Təlim iştirakçılarına bukletlər və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun loqosu ilə hazırlanan köynəklər paylanılıb.
Layihənin əsas məqsədi məişət zorakılığı mövzusunda maarifləndirmə olduğundan ictimai yerlərdə müxtəlif yaş qruplarından olan insanlara, xüsusilə də gənclərə bukletlər paylanılıb.
Layihənin əsas məqsədi məişət zorakılığı mövzusunda maarifləndirmə olduğundan ictimai yerlərdə müxtəlif yaş qruplarından olan insanlara, xüsusilə də gənclərə bukletlər paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18465″ id=”18465″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]