[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed61.jpg” ]
“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şamaxı, İsmayıllı, Bərdə, Ağdam, Şirvan, Hacıqabul rayonlarında “Gənc qadınların məişət zorakılığı haqqında maarifləndirilməsi” adlı layihəni başa çatdırıb. Layihə həyata keçirilən müddət məişət zorakılığının qarşısının alınması, onunla mübarizə yolları, qanunvericilik istiqamətində iştirakçılar arasında məlumatlılıq səviyyəsi yüksəlib. Layihədən bəhrələnən gənc qadınlar məişət zorakılığı haqqında daha çox məlumat öyrənə biliblər, zorakılıqla mübarizəni daha səmərəli aparmaq üçün. Seminarlar zamanı həm də yerindəcə ehtiyacı olanlara hüquqi və psixoloji yardımlar edilib ki, bu onların problemlərinin həllinə praktiki dəstək olub. Eyni zamanda iştirakçılar layihə bitdikdən sonra ətrafında olan və eyni problemlə üzləşən digər gənclərə bu istiqamətdə əldə etdiyi informasiyanı öyrədə biləcəklər. Beləliklə layihə iştirakçısı olmayan gənclər də bu məlumatlar sayəsində cəmiyyətdə məişət zorakılığı əleyhinə normal mübarizə apara biləcəklər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18444″ id=”18444″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]