[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed57.jpg” ]
Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Asudə vaxt sağlam gənclik deməkdir” adlı layihə həyata keçirir. Layihə 3 ay müddətində 20 İyun – 20 Sentyabr tarixlərində davam edir. Layihdə Araz 103.3 FM də 10 verliş olmaqla maraqlı qonaqların iştirakı ilə bu günkü gənclərin asudə vaxtlarının təşkili ilə maraqlı verilişlər həyata keçirdib. Aşağıda adları qeyd edilən qonaqlar müxtəlif sahələrdə çalışmalarına baxmayaraq bu verilişlərdə hər biri öz sahəsində Gənclərin asudə vaxtı üçün nələr etmək olar kimi məsələnin müzakirələrində iştirak ediblər.
Fərhad Hacıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun İcraçı Direktoru , Ləman Əsgərova – dizayner, Yatqut Tapdıq-qızı – jurnalist, Aydınxan Əbilov – Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kitabxana.net portalının rəhbəri, AYB Analitik İnformasiya Mərkəzinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Emin Qəhrəmanov – rəssam, Nigar Köçərli – Əli və Nino kitab köşkünün sahibi , Ağamir Ağamirov – Azərbaycan Turizm İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri, İrəlinin MTK-ın üzvü, Famil Mustafayev – astroloq, İlhamə Novruzova – ASSA , Elvin Aslanov – Azərbaycan Tələbələr Birliyinin sədri, Namiq Əliyev – jurnalist, Bəhram Bağırzadə – rejisor-aktyor, Şahin Seyid-zadə – Gənclər Təşkilatı Milli Şurasının sədri.
Layiənin yekunun olaraq Azərbaycan Maarifçi Gənclər Təşkilatı Sos Uşaq Kəndləri –Azərbaycanla birlikdə Milli Musiqi günüdə şox maraqlı bir tədbir həyata keçirdi. Belə ki, 18 Senyabr 2014-cü ildə Sos Uşaq Kəndləri Azərbaycanının gənc sakinlərini Müharibə və Əmək Əlilliləri üçün Pansionatın 180 nəfər sakininin görüşünə apardıq. Tədbirin əsas məqsədi gənclərin asudə vaxtlarının tək internet arxasında deyil humanist işlərədə sərf etmələri təbliğ etməkdir.
Bu uşaqların seçilməsidə öz növbəsində bir mesajdır. Burada valideynləri tərəfindən atılan gənclər övladları tərəfindən atılan valideynlərin görüşünə gedərək bildirdilər ki, həmin qocalar onların mənəvi nənə bə babalarıdır.
Tədbirdə 1 gün ərzində Gənclər Pansionatın sakinləri ilə söhbətlər apardılar, hədiyyələr payladılar və Milli Musiqi Günündə şən mahnılar altında rəqs etdilər. Maraqlı bir hadisədə ondan ibarət oldu ki, qocalar da öz növbəsində gənclərə hədiyyə bağışladılar.
Sos Uşaq kəndləri Azərbaycanını fundraiseri Tural Abbasov, pansionatın direktoru Qətibə Əsədova tədbirdə çıxış edərək belə nəcib işlərin davamlı olmasını arzuladılar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18399″ id=”18399″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]