[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed55.jpg” ]
“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İntellekt Olimpiadası” layihəsinin icrasını davam etdirir. Layihənin əsas məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını, komanda şəklində işləmək bacarıqlarını stimullaşdırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə və gənclər arasında bilik, savad yarışı keçirərək onların intellektual inkişafına nail olunması nəzərdə tutulur.
Layihənin vəzifələri aşağıdakılardan ibarətdir:
- Azərbaycanın zəngin milli mədəniyyətinin, coğrafiyasının, dilinin və tarixinin gənclər arasında təbliği;
- İntellektual oyunların kütləviliyinin təmin edilməsi və gənclərin aktivliyinin artırılması;
- Gənclərin asudə vaxtlarının səmərəli təşkili;
- Gənclərin intellektual potensialının inkişaf etdirilməsi və şəxsi qabiliyyətlərinin aşkar olunması istiqamətində əlverişli şəraitit yaradılması və s.
Olimpiadanın ilk raundu sentyabr ayının 27-də Bakı şəhəri Nizami rayonu 129 nömrəli orta məktəbdə keçiriləcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18390″ id=”18390″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]