[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-616.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun donorluğu keçirilən və Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqq səsini dünyaya çatdırmaqda yeni bir addım olan “Dönüş Yolu (The Way Back)” layihəsinin bağlanış mərasimi keçirilib. Layihə Facebook sosial şəbəkəsində Qarabağ həqiqətlərini innovativ üsullarla potensial yüz milyonlarla şəbəkə istifadəçisinə çatdırmağı qarşıya məqsəd qoyub. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə layihə çərçivəsində yaradılması nəzərdə tutulan eyniadlı aplikasiyanın təqdimatı baş tutub, gənclərə aplikasiya barədə kiçik video-çarx nümayiş etdirilib. Layihə rəhbəri Həbib Heydər layihənin ideya və məqsədlərindən bəhs edib, hazırlanmış tətbiq barədə iştirakçılara və mətbuat nümayəndələrinə geniş məlumat verdi, iştirakçıların sualları cavablandırıldı. Layihə direktoru informasiya müharibəsi şəraitində bu aplikasiyanın hazırlanmasını gənclərimizin kiçik bir qrupu sayəsində milyardlıq şəbəkə üçün təbliğat bileti əldə etmək kimi xarakterizə edib.
Layihə rəhbəri çıxışı zamanı bildirib: “Proyektdə əsas məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin milyardlıq online məkanda – Facebook sosial şəbəkəsində gənclərimizin komanda işi ilə dünyaya çatdırılmasıdır. Digər məqsəd isə işğalçı Ermənistanla olan informasiya müharibəsində əcnəbi gənclərin maraq dairəsinə uyğun formada və modern metodlarla innovativ üstünlüyə nail olmaqdır. Layihənin ideyasına görə, dövlətimizin informasiya təhlükəsizliyində gənclərin fəaliyyət və təcrübəsini artırmağa şərait yaratmaqla yanaşı, gənclərin İKT (İnformasiya-Kommunikasiya Texnologiyaları) və İMT (İnformasiya Müharibəsi Texnologiyaları) innovasiyalarından yararlanmalarını və bənzər ideyaların rövnəqlənməsini təbliğ etmək başlıca prinsipdir”.
Layihənin ideya müəllifi fikirlərini davam etdirərək bildirib ki, “Proyekt çərçivəsində dünya əhalisinin 20%-ə yaxın nəhəng hissəsini birləşdirən ən aktiv sosial şəbəkə Facebook üzərindən Qarabağın işğal gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılmasında əsaslı rol oynayacaq “Dönüş Yolu (The way back)” aplikasiyası 2 ay ərzində yaradılıb. Aplikasiya sosial şəbəkələrdə gənclərin maraqlarına uyğun formada – online dil öyrənmə, tərcümə proqramı kimi layihələndirilib”. Həbib Heydər onu da əlavə edib ki, fərqli millətlərdən, fərqli insanların və əsasən gənclərin bu cür proqramlardan istifadə etməsi sayəsində biz onlara həm istədiklərini verir, həm Qarabağ problemi ilə bağlı ən vacib məsələləri lakonik və yaddaqalan tezislər şəklində onlara çatdırmış oluruq. O, aplikasiyanın imkanları barədə məlumat verərək qeyd edib ki, aplikasiya uzunmüddətli formada təsis edilib. Buraya istənilən sayda dillər əlavə etmək olar. Eyni zamanda hər bir istifadəçi buraya hər bir dil üçün yeni sözlər və həmin sözlərin cümlədə işlənmə yerini göstərməklə bağlı nümunələr əlavə etmək imkanına sahibdir. Aplikasiyanın istifadəsi çox rahat və sadədir.
20 ildən artıqdır ki, ədalətli həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən vacib faktların virtual aləmdə yüz minlərlə internet istifadəçisinin nəzərinə çatdırılmasında bu metod tamamilə bir ilk olması faktının üzərində dayanılıb və belə bir unikal layihənin reallaşdırılmasına Gənclər Fondunun rolu ayrıca qeyd edilib. Hətta işğalçı ölkənin Qarabağla bağlı bu cür anti-təbliğat aləti və ideyasının indiyədək mövcud olmaması xüsusi vurğulanıb.
Xatırladaq ki, “Dönüş yolu (The Way Back)” layihəsi Həbib Heydərin fərdi layihəsidir. Proyekt Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub. “Dönüş Yolu” 20 iyun – 20 sentyabr 2014-cü il tarixlərini əhatə edir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18348″ id=”18348″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]