[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-236.jpg” ]
Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyi 17.09.2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gec qalmayın, gənc qalın!” adlı layihəni Şəkidə davam etdirdi.
Şəki şəhər 10 saylı tam orta məktəbdə 130 iştirakçı ilə tədbiri giriş sözü ilə açan Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyinin sədri Elçin Manafov layihə və AR Gənclər Fondu haqqında ətraflı məlumat verdi.
Daha sonra tədbiri, təlimçi həkim-cərrah Məmmədova Kəmalə çıxışları ilə davam etdirdi. O da, sağlamlıq və ilkin tibbi yardıma dair gənclərə ətraflı məlumat verdi.
Tədbirin sonunda öz aktivliyi ilə seçilən 5 gəncə sertifikat təqdim edildi.
Daha sonra sədr Elçin Manafov fürsətdən istifadə edərək hər kəsi qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik etdi.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və şəkillər çəkdirildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18326″ id=”18326″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]