[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed48.jpg” ]
17 sentyabr 2014-cü il tarixdə Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi və “Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin həyata keçirdiyi “Regionda gənc sahibkarların biznes bacarıqlarının artırılması istiqamətində maarifləndirmə tədbirlərinin təşkil edilməsi” layihəsi çərçivəsində gənclər üçün təlim keçirilib.
Təlimdə “Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri, layihə rəhbəri Ə. Mirzəyev layihə, onun məqsədləri, görüləcək işlər barədə məlumat verdikdən sonra təlim başladı. Təlim zamanı gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün münbit şəraitin mövcud olduğu vurğulandı, biznes sahəsində müvəffəqiyyət əldə etmək üçün hansı şərtlərə əməl olunmasının vacibliyi barədə məlumatlar verildi. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı R. Məmmədov sahibkarlıq fəaliyyətinə başlamaq üçün hüquqi prosedurlar barədə məlumat verdi. Gənc sahibkarlar Ş. Mirzəyev, Y. Qafarov öz təcrübələrindən danışdılar.
Sonda iştirakçılara sahibkarlığa dair metodiki vəsaitlər paylandı.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18319″ id=”18319″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]