[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed47.jpg” ]
Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyi 16.09.2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gec qalmayın, gənc qalın!” adlı layihənin üçüncü mərhələsinə start verib. Gədəbəy rayonunun Aşıqlar evində 120-dən çox iştirakçısı olan tədbiri giriş sözü ilə açan Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyinin sədri Elçin Manafov layihə və AR Gənclər Fondu haqqında ətraflı məlumat verib. O vurğuladı ki, layihənin ilk mərhələsində 3 aylıq “İlkin Tibbi Yardım” kursları təşkil olunubdur. Bu kurslarda müdavimlər: “Süni tənəffüs, Suda boğulma, Gün vurma, İlan sancması, Ürəktutması, Arterial təzyiqin ölçülməsi, qızdırma, hərarətin ölçülməsi, iynələrin vurulması,” və s. günümüzdə hər kəsin bilməsi lazım olan digər mövzularla ətraflı maarifləndiriblər. Layihənin ikinci mərhələsin də isə, özəl klinikalarda keçdiklərinin əyani təcrübədə sınaqdan keçirdiblər. O, gənclərə rayon deputatı Sevinc xanım Hüseynovanın salamını iştirakçılara çatdıraraq Ulu Öndərin: “Sağlam bədəndə sağlam ruh olar” sözünü xatırladaraq, sağlamlığın əhəməiyyəti haqqında çıxış edib. Sonra çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Qüdrət Paşayev sağlamlığın önəmini bir daha iştirakçıların diqqətinə çatdırıb. O da, mövzunun aktuallığına toxunaraq sağlamlığın insan həyatında rolundan çıxış edərək öz tövsiyyələrini verib. Daha sonra tədbir, təlimçi çıxışları ilə davam edib. Tədbirin sonunda öz aktivliyi ilə seçilən 5 gəncə sertifikat təqdim edildi. Sertifikatları RİH başçısının 1-ci müavini Qüdrət Paşayev, Zərifə Əliyeva adına Rayon xəstəxanasının baş həkimi Ramiz Pirderdiyev, Təhsil şöbəsinin müdiri Baxış Nağıyev, RİH ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Sevinc Həsənova təqdim edib. Daha sonra sədr Elçin Manafov fürsətdən istifadə edərək hər kəsi qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və şəkillər çəkdirildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18314″ id=”18314″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]