[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-150.jpg” ]
15 sentyabr 2014-cü il tarixində Şamaxı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “De-Fakto İntellekt” layihəsinin açılış tədbiri oldu. Açılış tədbirində Şamaxı rayon Gənclər və İdman İdarəsindən, Şamaxı rayon Təhsil Şöbəsindən, Yeni Azərbaycan Partiyası Şamaxı rayon şöbəsindən dəvət olunmuş qonaqlar, həmçinin Şamaxı şəhər 10 saylı tam orta məktəbin IX-XI siniflərində təhsil alan şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Vasif Şıxıyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun gənclərin kreativ, müasir gəncliyin tələblərinə yönəlmiş layihələri dəstəkləməsindən söz açdı. Həyata keçiriləcək layihə haqqında məlumat verən Vasif Şıxıyev bu layihənin 3 ay müddətinə nəzərdə tutulduğunu, layihənin Şamaxı şəhərində, həmçinin rayonun kənd və qəsəbələrində təhsil alan IX-XI sinif şagirdləri arasında təşkil olunacağını bildirdi. 32 məktəbin şagirdləri arasında təşkil olunacaq “De-Fakto İntellekt” layihəsi gənclərin intellektual dünyagörüşünün artırılmasına, Azərbaycanın tarixinin və mədəniyyətinin təbliğinə, həmçinin gənclərin asudə vaxtının səmərəli təşkil olunmasına xidmət edəcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18283″ id=”18283″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]