[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-611.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region Gəncləri arasında BMT Modelinin tədrisi” Layihəsi çərçivəsində təlimlər kecirilib. Mingəçevir və Gəncə şəhərlərndə keçirilən təlimlərdə bu regionlara yaxın yaşayan 14-29 yaş arası region gəncləri qatılıb. Ümumilikdə təlimlərdə 60-dan artıq region gəncinin iştirakı təmin olunub.
Layihənin əsas məqsədi Azərbaycan gənclərinin beynəlxalq standartlar səviyyəsində maariflənməsinə töhfə verməkdən ibarət olub. Təlimlərdə region gənclərinin müzakirə aparmaq, ölkənin inkişafına dəstək olmaq üçün problemlərin həlli yollarına çalışmaq, onların natiqlik qabiliyyətinin artırılması istiqamətində bilik və bacarıqlar öyrədilib.
Təlimlərdə iştirakçılar BMT simulyasiya oyunları barəsində məlumatlandırılıb və “Ölkənin inkişafında gənclərin rolu” mövzusunda oxşar konfrans modeli təşkil edilib. “Region Gəncləri arasında BMT Modelinin tədrisi” layihəsi fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsində qalib olub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18210″ id=”18210″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]