[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed38.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu sabah Uşaq – Gənclər Təşkilatı” İB-nin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər arasında sağlamlıq sahəsində kütləvi tədbirlərin təşkili” adlı layihə müddətinə ərsəyə gələn eyni adlı kitabın bu dəfə Qusar Gənclər Mərkəzində təqdimatı keçirilib. Kitabın təqdimatında Qusardan olan bir qrup gənclə yanaşı Qubadan olan gənclərdə iştirak ediblər.
Təşkilatın sədri Ramin Xudayev təqdimatda iştirak edən gənclər qarşısında çıxış edərək Gənclər Fondunun gördüyü işlərdən bəhs edib və eyni zamanda təqdim olunan kitabın dəyərini diqqətə çatdırıb. Öz növbəsində Qusarlı gənclər də çıxışlar edib və yeni nəşr olunan kitabın olduqca lazımlı olduğunu qeyd ediblər.
Tədbir Qusarlı və Qubalı gənclərin qarşılıqlı müzakirələri ilə başa çatıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18200″ id=”18200″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]