[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/sülhforumu.jpg” ]
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 17-22 sentyabrda Bakıda Gənclərin Beynəlxalq Sülh Forumunu təşkil edəcək. Xatırladaq ki, 27 avqust, 2014-cü il tarixindən etibarən foruma iştirakçıların seçimi bitib. Forumda 12 ölkədən – Finlandiya, Danimarka, Macarıstan, Çexiya, Avstriya, Niderland, Ukrayna, Türkiyə, Böyük Britaniya, Moldovadan sülh qurucuları, ekspertlər və xarici QHT nümayəndələri iştirak edəcək.
Forumun məqsədi Azərbaycanın regionda sülh quruculuğu işində yeri və rolu barədə məlumatın Avropa gənclərinə çatdırılması, Avropa – Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri: əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verilməsindən ibarətdir.
Tədbirdə Avropanın kütləvi təşkilatlarından hesab edilən, İngiltərədə fəaliyyət göstərən “Peace One Day” təşkilatının iştirakı planlaşdırılır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18155″ id=”18155″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]