[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-138.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Könüllü ol” layihəsi 27.08.2014 tarixində Quba şəhərində gənclər üçün təşkil olunub. Layihənin açılışında ölkəmizdə gənclər siyasəti yönündə atılan məqsədyönlü və ciddi addımlar, bu sferada son illərdə qazanılan uğurlardan söhbət açan layihə rəhbəri Asif Qasımzadə, məhz Quba şəhərinin də bu il “Gənclər Paytaxtı” seçilməsilə bu müstəvidə irimiqyaslı layihələrin təşkilindən xəbər verdiyini bildirib.
Gənclər üçün təşkil edilib təlimin əsas məqsədi, gənclərdə könüllük ruhunun daha da yüksəldilməsi, ölkəmizin ictimai-sosial həyatında əvəzedilməz rol sahibi olmalarına təkan vermək və növbəti illərdə Azərbaycanda təşkil olunacaq dünya çapındakı yarışlarda könüllü olaraq fəaliyyət göstərmələrinə istiqamət vermək olmub. Bundan əlavə, dünyanın ən böyük könüllülük təşkilatları, eləcə də ölkəmizdə fəaliyyət göstərən bu kimi təşkilatlar haqqında geniş məlumat verilib. Gəncləri maarifləndirmək məqsədilə müxtəlif interaktiv metodlardan istifadə edilərək, müxtəlif çap məhsulları paylanılıb. Layihə əsnasında gənclərlə müxtəlif müzakirələr aparılıb, onların könüllülük sferasında təklifləri və ideyaları dəyərləndirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18145″ id=”18145″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]