[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed32.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər arasında sağlamlıq sahəsində kütləvi tədbirlərin təşkili” adlı layihədə daha bir kütləvi tədbir həyata keçirilmişdir. Belə ki, Quba, Qusar və Xaçmaz rayonlarından olan 52 nəfər gənc və yeniyetmənin iştirakı ilə taekvondo idman növündə zona çempionatı keçirilmişdir. Təşkilatın sədri Ramin Xudayev açılış mərasimində çıxış edərək qeyd etmişdir ki, Gənclər Fondunun maliyyə yardımı hesabına ərsəyə gələn bu möhtəşəm yarışın keçirilməsinin əsas məqsədi yeniyetmə və gənc nəslin sağlamlığının idman vasitəsilə qorunmasına nail olmaqdır. O, qeyd etdi ki, həyata keçirilən kütləvi tədbirlərin bu zonada yaşayan gənclərə böyük mənəvi – psixoloji dəstəyi vardır. Yarış müxtəlif çəki qrupları arasında olimpiya sistemi üzrə həyata keçirildi və sond qaliblər mükafatlandırıldı. Yarışda iştirak edən bütün idmançılara Gənclər Fondunun maliyyəsi hesabına hazırlanmış buklet və kitabçalarda hədiyyə edildi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18117″ id=”18117″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]