[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-135.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidməti Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin dəstəyi ilə sağlamlıq imkanları məhdud gənclərin “Xəyallarımızın rəsmlərdəki tərənnümü” mövzusunda rəsm və əl işləri sərgisi keçirilib.
Sərgidə çıxış edən layihə rəhbəri Xədicə Əliyeva bildirdi ki, koordinatoru olduğu layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bacarıqlarını nümayiş etdirmək, dost əhatəsini genişləndirmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, layihə iştirakçısı olan gənclərdə stimul yaratmaqdır. Sərgidə, o cümlədən iştirakçıların əl işlərinin satışının da həyata keçirildiyini söyləyən layihənin koordinatoru satışdan əldə edilən vəsaitin sərgidə əsərləri nümayiş olunan fiziki məhdudiyyətli gənclərə təqdim olunacağını və bunun da gənclərin maddi vəziyyətinə qismən yardımçı olmaq məqsədi daşıdığını söylədi.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Fidan Həsənova və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidməti Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və dövlətimizin gənclərə, dövlətçiliyin və gəncliyin inkişafına yönülü görülən tədbirlərin nəticəsi olaraq atılan addımların nəticəsində bu cür layihələr keçirildiyini bildirdi. Sərginin əlilliyi olan şəxslərin cəmiyyətlə birbaşa təması, onların istedadlarının üzə çıxarılması istiqamətində görülən uğurlu layihə olduğunu söyləyərək uğurlar arzu etdilər.
Tədbirin sonunda sərgidə rəsm və əl işləri nümayiş olunan əlilliyi olan iştirakçı gənclərə sertifikatlar təqdim olundu.
Qeyd edək ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı keçən gənclər öz xəyallarındakı reallıqları, fikirlərində qurduqları gələcəklərini əl işləri, çəkdikləri rəsmlər, düzəltdikləri ağac üzərində oyma nümunələri vasitəsilə sərgiyə maraq göstərən hər kəslə bölüşdülər. Onlar bu sərgidə insanlara nümayiş etdirdikləri əl işləri ilə sübut etdilər ki, heç də digər insanlardan fərqlənmirlər. İştirakçı gənclər özlərini tək olmadıqlarını, gələcəyə və bu günə lazımlı şəxslər olduqlarını hiss etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və dövlətimizin gənclərə, dövlətçiliyin və gəncliyin inkişafına yönülü görülən tədbirlərin nəticəsi olaraq atdığı addımların nəticəsində bu cür layihələr keçirilir. Dövlətimizin yürütdüyü uğurlu siyasətdən irəli gələrək keçirilən sərgi dövlətimizin xüsusi qayğı ilə diqqətdə saxladığı əlilliyi olan gənclərə qayğını hiss elətdirmək, bu insanların cəmiyyətə, cəmiyyətin digər nümayəndələrinin isə onlara baxış tərzlərini düzgün istiqamətləndirmək və bu gənclərdə “Yaratmaq” motivasiyasını artırmaq vəzifələrinə xidmət edən layihədən gənclərin mənəvi zövq və xoşbəxtlik qazanması, sərgi vasitəsilə onların kəşf olunması, cəmiyyətə inteqrasiya yönündə atılan addımlardan biri olaraq fiziki məhdudiyyətli gənclərdə bu prosesin sürətləndirilməsi kimi uğurlu nəticələri əldə olundu.
Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri rayonları üzrə mərkəzləri, Damla İctimai Birliyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, İstedadlı Əlillər İctimai Birliyi, Beynəlxalq Qadınlar Klubu, “Müşfiq” Əlil uşaqlara Yardım İctimai Birliyi və digər qurumların rəhbərləri və nümayəndələri, o cümlədən Bakıda yerləşən ali məktəb tələbələri iştirak edirdi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18095″ id=”18095″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]