[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-219.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Narkomaniyaya yox-Sağlam həyata HƏ” devizi altında gənclərin iştirakı iləpreventiv tədbirlərin və idman yarışların keçirilməsi “adlı layihə çərçivəsində layihənin yekunu ilə bağlı mətubat konfransı keçirib. Tədbirdə GVB-n yerli şöbələri, İdarə Heyətii, könülülər, layihə üzrə təşkilat komitəsinin üzvləri QHT və KİV –n nümayəndələri iştirak ediblər. Cıxış edən layihənin rəhbəri M.Əliyev bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir. Bu baxımdan “Gənc Vətənpərvərlər Birliyi AIDS-QIÇS-İİV və narkomaniyaya qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məqsədilə Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir “Narkotikə yox” devizi alttında gənclərin iştirakı ilə kompleks tədbirlərin və idman yarışların keçirilməsi ” adlı layihəsinin icrasını başa çatdırıb. Qeyd edək ki, layihə çərçivəsində İdman cəmiyyətlərində və xüsusilə aparıcı ali təhsil müəssisələrinin yerləşdiyi regionlarda (Abşeron Bakı, Gəncə Lənkəran) və ümumtəhsil orta ixtisas məktəblərində İnsan alveri və narkomaniya əleyhinə maarifləndirmə-təbliğat xarakterli tədbirlər həyata keçirilib. Bir çox QHT-ı və digər əlaqədar təşkilatlar ilə birgə keçirilən bu tədbirlərdə əhalinin, xüsusilə gənclərin AİDS-QİÇS-İİV və narkomaniyaya dair məlumatlandırılması ilə yanaşı, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunub nəticələrlə bağlı məlumatlar verilib, eləcə də mütəxəssislər tərəfindən dünyada tətbiq olunan qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilib.Təlim, dəyirmi masalar və keçirilən idman tədbirlərində gənclər narkomaniya və onun törətdiyi xəstəliklərdən müdafiə olunmaqla, həm öz həmyaşıdlarına bu haqda məlumat vermək, həm də əhalinin digər yaş qruplarını da bu sahədə maarifləndirmək imkanı qazanıblar. Tədbirlərdə, eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər olmasının, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18064″ id=”18064″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]