[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed26.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc qadınların regionun sosial-iqtisadi inkişafında rolu” layihəsi çərçivəsində layihənin fəaliyyət planına uyğun olaraq nəzərdə tutulan təilmlər 05 sentyabr 2014-cü il tarixdə də davam edib. Yenə Gənc və aktiv qadınlar, o cümlədən də gənc qadın sahibkarlar təlim üçün toplandılar. Bu təlimi də ilk öncə, layihənin rəhbəri Rəvanə Hüseynova açdı və əvvəlki təlim haqqında, 05 və 06 sentyabr tarixlərində keçiriləcək təlimlər və təlim mövzuları haqqında təlim iştirakçılarına geniş məlumat verdi. Daha sonra söz layihə üzrə təlimçi M. Nağıyevə verildi. Təlimçi M. Nağıyevəvvəlcə təlimlərə yeni qatılan təlim iştirakçıları ilə yaxından tanış oldu və bu günkü təlimin gündəliyini onlarla müzakirə etdi. Təlimin birinci hissəsi təlimçinin çıxışı ilə yadda qaldı. Təlimin mövzusu gənc qadınlar üçün maraqlı olduğundan onlar diqqətlə mövzu ilə bağlı hazırlanmış çıxışa axıradək qulaq asdılar. Çay fasiləsindən sonra, təlimçi M. Nağıyev hər iştirakçının çıxış etməsi üçün onların hər birinə tək-tək söz verdi. İkinci hissənin daha da maraqlı olması məqsədi ilə iştirakçıların təkliflərini nəzərə alaraq hər bir iştirakçının çıxışının dinlənilməsi və təlim iştirakçılarının da müzakirələrdə iştirakı təmin olundu. İlk çıxış edən Şəkinin gənc və fəal qadınlarından biri olan Türkan İbrahimli regionda həqiqətən də gənclərin, o cümlədən də gənc qadınların gördüyü işlərdən, həyata keçirdikləri tədbirlərdən və şəhərdə keçirilən müxtəlif mədəni-kütləvi programlardakı fəaliyyətlərindən danışdı. Sonra söz Gənc və aktiv qadın Şəfəq Həmidliyə verildi. O əvvəlki təlimdə də çıxış etdiyini və belə təlimlərin tez-tez təşkil olunmasını məqsədəuyğun hesab etdi və bildirdi ki, hər bir təlimdən müəyyən biliklər əldə olunur ki, bu da onların həm həyatında və həm də fəaliyyətlərində bizə dəstək olur. O daha sonra qeyd etdi ki, mən Möhübbəli müəllimin keçdiyi bir çox təlim və tədbirlərdə olmuşam. Həqiqətən həm təlimçinin təcrübəsi və sadə dildə mövzuları izah etməsi bizə çox məlumatları əldə etməyimizə kömək edir. Əlbəttə ki, biz bu təlimlərdən bəhrələnirik və öz fəaliyyətimizdə əldə etdiyimiz biliklərdən istifadə edəcəyik.
Daha sonra, digər təlim iştirakçılarına söz verildi. Gənc qadınlardan Aysel Rəhimli, Vüsalə Bayramova, Xəyalə Qaffarova, Ülkər Əliyeva, Sevinc Hüseynova va başqaları çıxış etdi və onlarda bu təlimlərdən bəhrələndiklərini və gələcəkdə də həm doğma Şəkinin və həm də regionumuzun sosial-iqtisadi inkişafında əldə etdikləri biliklər əsasında öz bacarığlarını əsirgəməyəcəklərini qeyd etdilər. 06 sentyabr 2014-cü il tarixdə də təlim davam etdi. Yenə də təlimçi mövzu ilə bağlı məlumat verdi. Təlim başladığı yerdən davam etdiyindən iştirakçılar onları maraqlandıran sualları təlimçiyə ünvanladılar. M. Nağıyev öz növbəsində sualları cavablandırdıqdan sonra təlim iştirakçılarının arzu və təkliflərini dəyərləndirdi. Təkliflər layihə rəhbəri tərəfindən də qeydə alındı. Sonda, layihə rəhbəri çıxış edərək bir daha gənc və aktiv qadınlara öz minnətdarlığını bildirdi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18054″ id=”18054″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]