[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed22.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İB-nin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər arasında sağlamlıq sahəsində kütləvi tədbirlərin təşkili” adlı layihınin artıq 3-cü ayıdır və silsilə olaraq tədbirlər həyata keçirilir. Təşkilat tərəfindən yeni nəşr olunmuş “Gənclər arasında sağlamlıq sahəsində kütləvi tədbirlərin təşkili” adlı kitabın təqdimatı da bu tədbirlərdən biri idi.
Quba Gənclər Mərkəzində baş tutan tədbirdə təşkilatın sədri Ramin Xudayev kitab haqqında iştirakçılara geniş məlumat verərək bildirdi ki; bu kitab Gənclər Fondunun maliyyəsi hesabına ərsəyə gəlib və Quba, Qusar və Xaçmazda yaşayan gənclər üçün olduqca önəmli bir kitabdır.
Daha sonra tədbirdə iştirak edən hər bir gəncə qeyd olunan kitabdan bir ədəd hədiyyə edildi. Eyni zamanda gənclərə layihəyə əsasən çap edilən bukletlərdə paylanıldı.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18009″ id=”18009″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]