[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-411.jpg” ]
05 sentyabr 2014-cü il tarixdə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayonun fəal gənci Səlcuq Müzəffərlinin “Sağlam gənclik, sağlam cəmiyyət” lahiyəsi çərçivəsində növbəti idman tədbiri-“Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şahmat turmiri” keçirilib. Tədbirdə çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov bildirdi ki, turnirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi ilə yanaşı, mərhum şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsini yad etməkdir. Qüdsi Bayramov qeyd etdi ki, ölkəmizi dünyada yüksək səviyyədə təmsil etmiş Vüqar Həşimov bu gün hər bir Azərbaycan gənci üçün nümunədir. Yarışın hakimi Binəqədi rayon sakini, FİDE ustası Pərvanə İsmayılova iştirakçılara turnirin keçirilmə qaydalarını izah etdikdən sonra turnirə start verilib. Yarışın nəticələrinə əsasən Kamran Çingiz oğlu Qurbanlı I yerə, Zəhra Surəddin qızı İsmayılova II yerə, Mahmud Mənsur oğlu Məmmədzadə III yerə layiq görülüblər. Sonda qaliblər diplom və xatirə hədiyyələri ilə təltif olublar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17999″ id=”17999″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]