[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/0P0A6875.jpg” ]
30-31 avqust 2014-cü il tarixdə saat 12:00-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Gənc xanım sahibkarlara dəstək” adlı fərdi layihə həyata keçirilib.
Layihənin keçirilməsində əsas məqsəd sahibkar olmağı planlaşdıran amma nə etməli olduğunu bilməyən gənc xanımlara, eləcə də hal-hazırda sahibkar kimi fəaliyyət göstərən xanımlara sahibkarlıq fəaliyyəti barədə atraflı məlumat vermək, onlara sahibkarlığın sirrlərini aşılamaqdan ibarət idi. Layihə çərçivəsində təlimə ekspert dəvət olunmuş, maarifləndiri kitabça hazırlanmış və iştirakçı gənclərə paylanıb. Məlum kitabçalarda sahibkar olmaq üçün tələb olunun hüquqi prosedurlar da yer alıb. Layihədə iştirak etmək üçün yüzlərlə gənc müraciət edib, olardan 97 nəfər iştirak hüququ qazanıb. 2 gün davam edən təlimlər sonunda iştirakçılara sertifikat verilib.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsinda qalib olmub və məlum layihənin işçi qrupu tərəfindən layihənin gələcəkdə davam etdirilməsi planlaşdırılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17961″ id=”17961″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]