[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-94.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunan V qrant müsabiqəsində qalib olan “Tütünsüz Həyat” adlı layihənin icrası başa çatıb. Layihənin keçirilməsində əsas məqsəd tütünün insan orqanizminə məhvedici təsir göstərməsini tədris edərək bundan qurtulma yollarının tapılmasında köməklik etmək idi. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşmaları, xeyir verən işlərə cəlb olunmaları istiqamətində mütəmadi işlər aparmaq idi. 3 gün davam edən layihə ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Layihədə iştirak edən layihə iştirakçıları, İcra Hakimiyyətinin nümayəndələri, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, gənc iş adamı Fərid Heydərli, Qızıl Aypara Cəmiyyətinin Bakı şəhərindən nümayəndəsi, gənclər, ağsaqqallar və digər qonaqlar belə faydalı layihələrin daha da çox olmasını istəyiblər və layihə rəhbəri Münasib Həsənova xüsusi təşəkkür ediblər. Münasib Həsənov isə buna görə “Gənclər Fondu”na xüsusi minnətdarlığını bildirib.
Layihə çərçivəsində iştirakçılarla birlikdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzi eləcə də digər tarixi və görməli yerlər ekskursiya olunub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17943″ id=”17943″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]