[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed14.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İB-nin təşkilatçılığı ilə Quba rayonunun II Nügədi kəndində “Gənclər arasında sağlamlıq sahəsində kütləvi tədbirlərin təşkili” adlı layihənin növbəti mərhələsində yeniyetmə və gənclərlə görüş keçirilib.
Tədbirdə təşkilatın sədri Ramin Xudayev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Azərbaycan gəncliyinə verdiyi töhfələdən və onun həyata keçirdiyi missiyanın əhəmiyyətindən söz açdı. O qeyd etdi ki, hal hazırda icra olunan layihədə Gənclər Fondunun maliyyəsi hesabına həyata keçirilir və bu layihənin əsas məqsədi yeniyetmə və gənclərin sağlamlığının kütləvi tədbirlər vasitəsilə qorunması və təbliğatının aparılmasıdır.
Tədbirin gedişatında iştirakçı gənclərə layihəni əks etdirən buklet və kitablar paylanıldı.
Daha sonra layihə müddətində aktiv iştirak edən gənclərə sertifikatlar təqdim olunub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17880″ id=”17880″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]